Dini təhsil GÜNDƏMDƏ: Qanunu pozanlar üçün sərt cərimə RƏQƏMLƏRİ

Azərbaycanda müvafiq dövlət orqanı ilə razılaşdırmadan vətəndaşların xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi və dini sahədə tələbə, müəllim və mütəxəssis mübadiləsinin aparılması 25 min manatadək cərimə ilə nəticələnə bilər.
Avtosfer.az xəbər verir ki, bu cür qanun pozuntularına görə inzibati xətanın bilavasitə obyekti olmuş ədəbiyyat nümunələri, mal və məmulatlar, eləcə də materiallar müsadirə edilir.
Belə hallara görə vətəndaşlar 2 000 manatdan 2 500 manatadək cərimələnirlər.
Qanun pozuntusuna yol verən vəzifəli şəxslər üçün cərimə 8 000 manatdan 9 000 manatadək müəyyən edilib.
Hüquqi şəxslər isə 20 000 manatdan 25 000 manatadək cərimə edilə bilərlər.
Qanunvericiliyə görə, müvafiq razılaşdırma olmadan xarici ölkələrin dini tədris müəssisələrinə vətəndaşların təhsil almaq üçün göndərilməsi ilə yanaşı, həmin müəssisələrin tələbə və müəllimlərinin, eləcə də din xadimləri və mütəxəssislərinin mübadiləsi də inzibati məsuliyyət yaradır.
Bu qaydanı pozan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2 000 manatdan 2 500 manatadək cərimə edilməklə yanaşı, inzibati qaydada Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılırlar./ajans.az
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












