DİQQƏT! Bu yollarda təmir və rənglənmə işləri aparılacaq

Bu gün və sabah Bakı Dairəvi-1 avtomobil yolunda və ətraf ərazilərdə nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq. Bu barədə Avtosfer.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bundan başqa, axşam saatlarına kimi Bakı şəhəri, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının yol qovşağından Mərdəkan yol qovşağına kimi yolun hər iki istiqamətində, axşam saat 22:00-dan səhər saatlarınadək isə Ceyhun bey Hacıbəyli küçəsi və Atatürk prospektinin kəsişməsində yerləşən yeraltı avtomobil tunellərində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
Sürücülərdən göstərilən saatlarda sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Namiq
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












