DİQQƏT! Sürücüləri bu yolda xoş olmayan surpiriz gözləyir - FOTO - VİDEO

Xudat-Qusar yolu bir neçə həftə bundan öncə yenidən çəkilib istifadəyə verilib.
Amma bu yolda da bəzi problemlər qalmaqdadır. Deməli saytımıza daxil olan bir sıra müraciətləri nəzərə alıb çəkiliş qrupumuz yolun problemli hissəsinə yollandı.
Bəs bu problem nədən ibarətdir?
Xudatdan Qusar istiqamətinə, daha doğrusu Ləgər kəndi ərazisini keçəndən sonra yolun təmirli hissəsi qəfildən bitir. Bu yol ilə isə yüksək sürətlə hərəkət edən sürücülər isə xoş olmayan bir surprizlə rastlaşırlar.
Bəs bu surpiriz nədir?
Təmir olunmuş yolun bitmiş hissəsində iri xəndəkləri ilə göz çıxaran daşlı, palçıqlı yol. Təsəvvür edin nəqliyyat vasitənizi sürətlə hərəkət etdirirsiz. Bu anda maşınınıza kifayət qədər zərər verəcək bir yolla rastlaşırsız. Düzdü yolu tanıyan sürücülər üçün bu o qədər də təhlükəli deyil. Amma nəzərə alsaq ki, Rusiyadan ölkəmizə və əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələri bu yoldan mütamadi istifadə edir bu onda əsl təhlükə mənbəyidir. Müşahidələrimiz zamanıda bu məsələnin bir daha da şahidi olduq.
Sadalanan yolda bir dənədə olsun təmir barədə xəbərdarlıq edici nişanlar yoxdu. Həmin ərazidə nişanlar olsa sürücülər bu problemdən azda olsa sığortalana bilər.
Məsələnin həlli üçün, əraziyə nişanların qoyulması tələb etmək üçün AAYA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq.
Anar müəllim cavabında bildirdi ki, dediyiniz ərazini qeydiyyata götürdük. Həmin yolda iş aparan iş icraçılarına tapşırıq verəcəyik ki, əraziyə nişanlar qoyulsun.
Hörmətli sürücülər az da olsa bir problemli yol haqqında da xəbəriniz oldu.
Sizlərə yollarda uğur, xəta-bəlasız yolçuluq arzulayırıq.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı














