DİQQƏTLİ OLUN: “Ovçular” və “Ovqat” kolbasa şirkətləri xalqa nə yedirir? - ŞOK İDDİA

Qida Təhlükəsizliyi Agentliyi müxtəlif istehsalat müəssisələrində yoxlamalar aparır. Sosial şəbəkələrdə və bəzi KİV-lərdə gedən xəbərlərə görə, qurumun "Ovçular” və "Ovqat” kolbasa şirkətlərini araşdırmasının da zamanı gəlib. Cahan.info media üzərindən yayılan xəbərlərə istinadən bildirir ki, ölmüş heyvan ətlərindən, kartondan, halal adı ilə satışa çıxarılan kolbasalara isə donuz əti qatmaqla insanların həm sağlamlıqlarına həm də dini inanclarına zərbə vururlar. Xəbəral.az bu şirkətlərin Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırılmasının zərurliyini yazmışdı. Bir müddət əvvəl də "halal” sözü yazılmış "Ovçular” kolbasasından donuz piyi çıxmışdı.
Çox keçmir ki, Bakıdakı mağazaların birində "Ovçular” şirkətinə aid iylənmiş, üfunət qoxulu kiflənmiş kolbasa aşkarlanır. İki il əvvəl isə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi aparılan yoxlama zamanı müəssisə tərəfindən istehsal olunan "Krakovskaya” yarımhisə verilmiş kolbasanın markalanmasının normativ sənədlərin tələblərinə cavab vermədiyini müəyyən edilmişdi. Ötən il isə "Ovçular” saxlama müddəti ötmüş Almaniya istehsalı olan "Sorbat R” adlı qılaftəmizləyicidən istifadə etməkdə ittiham olunmuşdu. Şirkətin harda yerləşməsi haqda video görüntülər də müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinə şübhələr yaradır. Yutubda yerləşdirilən görüntülərdən aydın olur ki, "NZS” qəsəbəsində, həyət evlərinin arasında məskunlaşan "Ovçular” göz önündən gizlənməyə çalışıb. Cahan.info media üzərindən yayılan xəbərlərə istinadən bildirir ki, "Ovqat” kolbasaları haqda da məlumatlar ürəkaçan deyil. Deyilənlərə görə, "Ovqat” şirkətinin məhsullarının markalanması da normativ sənədlərin tələbinə cavab vermir. Bildirilir ki, şirkətin istehsal etdiyi məhsullar bir sıra onkoloji xəstəliklərə yol açır. Düzdür, bu şirkət bazarın müvafiq seqmentində müəyyən qədər də olsa ad qazansa da, keyfiyyət parametrlərinə diqqət yetirməkdə maraqlı görünmür. Kolbasa və delikoteslərin hazırlanmasında istifadə edilən xammalın təhlükəsizlik sertifikatı yoxdur. Ətin, inqridiyentlərin keyfiyyəti, hansı ölkədən idxal edildikləri məlum deyil. Deyilənlərə görə, hazırda ölkədə mal ətinin qiyməti baha olduğundan Anar Rzayevin rəhbəri olduğu "Ovqat” şirkəti kolbasa və sosiskaların istehsal prosesində mənşəyi məlum olmayan ətlərdən istifadə etməyə üstünlük verir.
Elə buna görə də "Ovqat”ın istehsal etdiyi məhsulların üzərində məmulatın tərkibində konkret nə qədər ət və yaxud ədviyyat olduğu barədə yetərli bilgi yoxdur. Təkcə o yazılır ki, kolbasanın tərkibi mal, yaxud qoyun ətindəndir və hansı ədviyyat məhsulları vurulub. Bu gün mal ətinin 1 kiloqramı 8,5-9 manat arasında dəyişdiyi halda, bazarda "Ovqat” şirkətinin istehsal etdiyi kolbasa və sosiskaları həddən artıq ucuz qiymətə tapmaq mümkündür. Burada hər hansı qərəz yoxdur, məqsəd ölkədə xalqa hansı kolbasa-sosiska məhsulları yedirildiyini aydınlaşdırmaqdır. İnanmaq istəyirik ki, internet resurslarında "Ovqat” və "Ovçular” haqda yer alan iddialar da həqiqətdən uzaqdır. Ayrı-ayrı saytlarda yayılmış bu iddialarla bağlı hər iki şirkətin mövqeyini işıqlandıra bilərik.
Həftəsonu bu yollar bağlı olacaq - XƏBƏRDARLIQ - FOTOLAR
Paytaxtın bu küçələrində sıxlıq müşahidə olunur - SİYAHI
Sürücülərin NƏZƏRİNƏ: Sabahdan İçərişəhərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır
Yusufla birgə hamamda zəhərlənən qız sosial şəbəkədə məşhur imiş
Zelenskinin İrəvana rəsmi səfəri Rusiya-Ermənistan münasibətlərinə təsir edəcək? - POLİTOLOQ
Sabah bu yollar bağlı olacaq - SİYAHI
Səbaildəki lyuklardan şikayət olundu; qurum hərəkətə keçdi – FOTO - VİDEO
ABŞ-İran münaqişəsi; hər iki dövləti yoraraq dağıtmaq istəyirlər? - POLİTOLOQ
Cərimə hesabına qəzaları azaltmaq mümkündür? – AÇIQLAMA - VİDEO
Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO
Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ








