DİN-dən bazar günləri peyda olan "parkovşik"lərlə bağlı AÇIQLAMA

Avtomobillərin ödənişli parklanması üçün nəzərdə tutulan "AzParking" ərazisində həftəsonu ödəniş tələb edilməsə də bəzi sürücülər "parkovşik" kimi tanınan şəxslərlə mübahisə yaşayırlar.
Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, bəzi parklanma ərazilərində qanunsuz şəkildə ödəniş tələb edən şəxslərin ortaya çıxması adi hala çevrilib.
Məlumata görə, bazar günləri rəsmi olaraq ödənişsiz olan parklanma yerlərində "parkovşik"lər sürücülərdən nağd pul tələb edirlər. Bu şəxslər "AzParking" əməkdaşı olmadıqları halda, sürücüləri çaşdıraraq əsassız ödəniş almağa cəhd göstərirlər.
Qeyd edək ki, bu hal xüsusilə insanların daha sıx olduğu ərazilərdə müşahidə olunur və bir çox hallarda sürücülər qaydalardan xəbərsiz olduqları üçün ödəniş etməyə məcbur qalırlar.
Mövzu ilə bağlı DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, parklanma qaydalarının tənzimlənməsi prosesində yaranan neqativ halların aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən sistemli mübarizə aparılır və qanunsuz fəaliyyətin qarşısı alınır:
"Ayrı-ayrı şəxslər tərəfindən avtomobil parklanması üçün qanunsuz şəkildə zəbt olunma hallarının qarşısının alınması diqqət mərkəzində saxlanılır. Polis əməkdaşlarının həyata keçirdikləri monitorinqlər və profilaktik tədbirlərlə səlahiyyəti olmadan parklanma yerlərini təşkil edən, parklanma xidməti göstərən yaxud həmin xidmətlə bağlı ödəniş tələb edən şəxslər müəyyən edilərək barələrində inzibati tənbeh tədbiri tətbiq olunur".
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO












