Dollar kreditlərinə görə kompensasiya vətəndaşların kart hesablarına köçürüləcək

Prezident İlham Əliyevin ötən gün imzaladığı, "Fiziki şəxslərin problemli kreditlərinin həll edilməsi ilə əlavə tədbirlər haqqında" fərmana uyğun olaraq, Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Mərkəzi Bankı və banklar birlikdə hər bir vətəndaşın yeni qaydada kredit öhdəliyini və yaxud ona ödənilməli olan kompensasiyanın məbləğini hesablayacaq.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov AzTV-də çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, əldə olunan məlumatlar fərdi qaydada vətəndaşlara çatdırılacaq. Bundan sonra borcluların bir qismi banklara dəvət olunacaq. “Vətəndaşlar bir halda banka dəvət olunacaq. Əgər onların kredit qalığı qalırsa, daha uzun müddətə və illik 1%-lə yeni kreditlə əvəzlənəcək. Banklara ödəniş etmiş vətəndaşlar isə rahat olsunlar. Onların vəsaitləri kredit kartı hesablarına köçürüləcək. Sərəncamla ayrılan vəsait kredit məbləği 10 min dollar və yaxud 17 min manata qədər olan və ödəniş müddəti 360 günü keçən kreditlərin əsas məbləğinin ödənilməsinə yönəldiləcək. Bu kreditlərin faizləri, dəbbə pulları, cərimələri ilə birlikdə silinəcək", - N.Əmirov qeyd edib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












