Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR

Dolların məzənnəsi sabit qalsa da, bazarda qiymətlər niyə artırmağa davam edir.
Avtosfer.az xəbər verir ki, dolların manat qarşısında məzənnəsi uzun müddətdir sabit qalsa da, bazarda bir sıra məhsulların qiymətində artım müşahidə olunur. Bu isə istehlakçılar arasında “Dollar bahalaşmırsa, qiymətlər niyə artır?” sualını gündəmə gətirir.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, ABŞ-də də inflyasiya mövcuddur və hazırda 3 faizdən yüksəkdir:

"Azərbaycanda inflyasiyanın əsas səbəblərindən biri xarici amillərdir. İstehlak etdiyimiz məhsulların böyük hissəsi idxal olunur. Azərbaycan əsasən Türkiyə, Rusiya, Çin və Avropa ölkələrindən məhsul alır. Həmin ölkələrdə baş verən inflyasiya da idxal olunan malların qiymətinə birbaşa təsir edir. Beynəlxalq daşınma xərclərinin artması da qiymətlərə təsir göstərən əsas amillərdəndir. Eyni zamanda, ölkə daxilində logistika və istehsal xərcləri də yüksəlir. Məsələn, dizel yanacağının qiyməti 2024-cü ildə 80 qəpikdən 1 manata, daha sonra isə 1 manat 10 qəpiyə qalxdı. Bu da yükdaşımaların maya dəyərinin artmasına səbəb oldu".
İqtisadçı əlavə olaraq qeyd edib ki, əməkhaqlarının artırılması, işçi qüvvəsinə çəkilən xərclər, inzibati xərclər və digər sahibkarlıq xərclərinin yüksəlməsi də məhsulların qiymətinə təsir edir:
"Nəticədə sahibkarın istehsal və fəaliyyət xərcləri artdıqca, o, mənfəət səviyyəsini qorumaq və biznesinin davamlılığını təmin etmək məqsədilə bu əlavə xərcləri məhsul və ya xidmətlərin satış qiymətlərinə daxil etməyə məcbur olur. Bazarda təklif olunan məhsul və xidmətlərin qiymətləri yüksəlir ki, bu da istehlakçıların ödədiyi ümumi qiymət səviyyəsinin artmasına səbəb olur. Xərclərin qiymətlərə ötürülməsi prosesi iqtisadiyyatda inflyasiya təzyiqlərini gücləndirir və xüsusilə istehsal xərclərinin davamlı artdığı dövrlərdə inflyasiya prosesinin sürətlənməsinə gətirib çıxarır. Bu baxımdan, sahibkarların artan xərcləri satış qiymətlərinə əks etdirməsi inflyasiyanın formalaşmasına və dərinləşməsinə təsir göstərən əsas amillərdən biri hesab olunur".
Fatimə Dadaşova
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












