Dollar zəifləyir - Bəs manatı nələr gözləyir? - VACİB PROQNOZ

Qlobal maliyyə bazarlarında ABŞ dollarının əsas valyutalara qarşı zəifləməsi son günlər iqtisadçıların və investorların diqqət mərkəzindədir. Dollar indeksində müşahidə olunan eniş dünya üzrə bir çox milli valyutanın mövqeyinə təsir göstərdiyi kimi, Azərbaycan manatının məzənnəsi ilə bağlı da suallar doğurur. Xüsusilə enerji qiymətləri, xarici ticarət balansı və Mərkəzi Bankın valyuta siyasəti fonunda dolların ucuzlaşmasının manata mümkün təsirləri maraqla izlənilir.
Bəs dollar indeksinin zəifləməsi Azərbaycan manatının məzənnəsinə birbaşa təsir göstərə bilərmi, yoxsa ölkənin valyuta bazarı daha çox daxili iqtisadi amillərlə tənzimlənir?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Konkret.az"a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, dollar indeksinin zəifləməsi birbaşa olaraq Azərbaycan manatının məzənnəsinə təsir göstərə bilər, amma bu təsir bir neçə amildən asılıdır.
“Dollar indeksi ABŞ dollarının əsas valyutalara qarşı dəyərini ölçür. Əgər dollar zəifləyirsə, xarici valyutalar dollar qarşısında möhkəmlənir. Azərbaycan manatı dollarla məzənnələndiyi üçün, dolların zəifləməsi manatın dollara qarşı möhkəmlənməsinə təzyiq göstərə bilər. Lakin manatın məzənnəsi həm də ölkənin neft gəlirləri, xarici valyuta ehtiyatları və Mərkəzi Bankın siyasətindən asılıdır”
A.Nəsirli qeyd edir ki, bu səbəbdən dollar indeksindəki dəyişiklik manatın məzənnəsinə birbaşa və dərhal əks olunmaya bilər, amma uzun müddətli və ya böyük dalğalanmalar təsir göstərir.
“Sadə desək, dollar zəifləyirsə, manatın dollara qarşı dəyəri artmaq ehtimalı var, amma bu həmişə birbaşa və avtomatik baş vermir”.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












