Donald Trampa edilən sui-qəsd cəhdi hansı mesajı daşıyırdı? - AÇIQLAMA

Son dövrlərdə Donald Tramp ətrafında baş verən hadisələr dünya mediasında və ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Xüsusilə ona edilən sui-qəsd cəhdi siyasi təhlükəsizlik, liderlərin qorunması və cəmiyyətin sabitliyi kimi mövzuları yenidən gündəmə gətirib. Bu cür hadisələr yalnız konkret bir şəxsə qarşı yönəlmiş kimi görünməsə də, daha geniş mənada siyasi mühitin gərginliyini və risk faktorlarını əks etdirir. Belə vəziyyətlərdə həm təhlükəsizlik tədbirləri, həm də ictimai reaksiyalar xüsusi diqqət mərkəzində olur.
Maraqlıdır ki, Trampa edilən sui-qəsd hansı mesajı daşıyırdı?
Məsələ ilə bağlı siyasi şərhçi Aydın Tağıyev Avtosfer.az-a açıqlamasında bildirib ki, ABŞ tarixinə nəzər saldıqda, Donald Trampa edilən sui-qəsd cəhdi tək belə hadisə deyil, daha geniş bir siyasi zorakılıq ənənəsinin davamıdır:

“Digər tərəfdən, keçmişdə də ABŞ rəhbərləri Abraham Linkoln, Ceyms Qarfild, Vilyam MakKinli və Con F. Kennedi kimi prezidentlər sui-qəsdlərin qətllərin qurbanı olublar. Hesab edirəm, Donald Trampa qarşı edilən son sui-qəsd cəhdi ABŞ siyasətində artan qütbləşmənin və siyasi ritorikanın sərtləşməsinin təhlükəli nəticələrini ortaya qoyur. Hadisə bir tərəfdən fərdi nifrətin siyasi formaya çevrilməsini, digər tərəfdən isə demokratik institutlara olan etimadın sarsılmasını göstərir. Görünən odur ki, bu cəhdin mesajı aydındır. ABŞ-da siyasi liderlər yalnız seçki meydanında deyil, fiziki təhlükə qarşısında da mübarizə aparırlar. Bu, demokratik prosesin sağlamlığına dair suallar doğurur və siyasi zorakılığın normallaşmasının qarşısını almaq üçün həm siyasi elita, həm də cəmiyyətin məsuliyyətini ön plana çıxarır. Sui-qəsd cəhdi Trampın hələ də ciddi təhlükə altında olduğunu göstərir və ABŞ siyasətində nifrət ritorikasının real zorakılığa çevrilə biləcəyini sübut edir. Bu, yalnız bir şəxsin deyil, bütövlükdə demokratik sistemin sabitliyi üçün xəbərdarlıqdır”.
Nurcan Babək
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












