Doqquz saatlıq uçuşa dözmədi, təyyarədə öldü

ABŞ-a okeanın bu tayından uçmaq sərnişinlər üçün asan deyil. Təxminən 9-11 saatlıq uçuşa dözmək lazımdır. Avtosfer.az bizimyol.info-ya istinadən xəbər verir ki, Almaniyanın Frankfurt-na-Mayn şəhərindən Nyu Yorka yola düşən “United Airlines” təyyarəsində 71 yaşlı qadın vəfat edib. Onun halı xarab olanda sərnişinlər kömək etməyə çalışıb. Qadına ilkin tibbi yardım cəhdi lazımi nəticə verməyib.
Təyyarə İrlandiyanın Şannon hava limanında yerə enib. Amma həkimlər yalnız ölüm faktını qeydə alıb.
“United Airlines” qadının ölümü ilə bağlı onun yaxınlarına təəssüfünü çatdırıb. Qadının ölümünün rəsmi səbəbi kimi ürəktutması qeyd olunub.
Keçən il Nyu Yorka uçan başqa təyyarədə də keçinən olmuşdu. Onda da 9 saatlıq uzun uçuş nəticəsini göstərmişdi. Bir fərq ondadır ki, Honolulad uçan təyyarədə ölən sərnişin yox, stüardessa olmuşdu.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












