Dörd ölkənin əməkdaşlığı Orta Dəhlizin gələcəyini dəyişə bilər – EKSPERT

Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığın dərinləşdirilməsi Orta Dəhlizin beynəlxalq yükdaşımalarında rolunu daha da gücləndirə bilər.
Avtosfer.az xəbər verir ki, bu fikirləri nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.

Ekspertin sözlərinə görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin açıqladığı kimi, Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhliz üzrə vahid inkişaf və tarif modeli hazırlayırlar. Bu model marşrutun iştirakçı ölkələr arasında daha koordinasiyalı idarə olunmasına, yükdaşımaların sürətləndirilməsinə və dəhlizin beynəlxalq bazarda rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək.
Orta Dəhlizin inkişafı təkcə tarif siyasəti ilə məhdudlaşmır. Hazırda Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizində dərinləşdirmə işləri, yük gəmi donanmasının genişləndirilməsi, həmçinin liman infrastrukturunun müasirləşdirilməsi istiqamətində birgə layihələr həyata keçirilir. Bu layihələr Xəzər üzərindən yük axınının daha səmərəli təşkilinə və marşrutun ötürmə qabiliyyətinin artırılmasına imkan yaradacaq.
Rauf Ağamirzəyev bildirib ki, dünyanın ən böyük konteyner daşımaları şirkətlərindən biri olan MSC-nin Xəzər regionunda liman infrastrukturuna investisiya yatırmaq niyyətini ifadə etməsi də Orta Dəhlizin beynəlxalq əhəmiyyətinin artdığını göstərən mühüm amillərdən biridir. Qlobal logistika şirkətlərinin regiona maraq göstərməsi dəhlizin etibarlılığına və gələcək inkişaf perspektivlərinə olan inamın göstəricisidir.

Bu prosesdə Türkiyə strateji mövqeyinə görə xüsusi rol oynayır. Onun sözlərinə görə, Orta Dəhlizin Avropaya çıxış qapısı olan Türkiyə Bakı–Tbilisi–Qars dəmir yolu, Marmaray, Yavuz Sultan Səlim körpüsü, eləcə də Filyos Limanı, Mersin Limanı və digər logistika infrastrukturu vasitəsilə Asiya ilə Avropa arasında fasiləsiz multimodal daşımaların həyata keçirilməsini təmin edir.
Ekspert əlavə edib ki, Türkiyədə logistika mərkəzlərinin, intermodal terminalların və dəmir yolu infrastrukturunun inkişafı Orta Dəhlizin ötürmə qabiliyyətini daha da artırır və marşrutun qlobal təchizat zəncirində mövqeyini möhkəmləndirir.
Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyənin koordinasiyalı fəaliyyəti nəticəsində Orta Dəhliz artıq alternativ marşrut olmaqdan çıxaraq Avrasiya məkanının əsas logistika dəhlizlərindən birinə çevrilə bilər. Onun sözlərinə görə, bu əməkdaşlıq region ölkələrinin iqtisadi inteqrasiyasını gücləndirməklə yanaşı, Avropa ilə Asiya arasında yükdaşımalarının sürətinin, etibarlılığının və səmərəliliyinin artırılmasına da mühüm töhfə verəcək.
Eltac Zülfüqaroğlu
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












