Dövlət və hökumət rəsmiləri Zəfər parkını ziyarət ediblər - YENİLƏNİB

27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Ali Məhkəməsinin kollektivi Zəfər parkını ziyarət edib.
Avtosfer.az xəbər verir ki, Ali Məhkəmənin rəhbərliyi, hakimləri və Aparatının əməkdaşları parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
27 Sentyabr - Anım Günü ilə əlaqədar Zəfər parkına ziyarət davam edir.
Avtosfer.az xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və qurumun digər əməkdaşları Zəfər abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
***
Sentyabrın 27-də Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı, Rafael Hüseynov, parlamentin komitə sədrləri, deputatlar, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Aparatın, İşlər İdarəsinin şöbə müdirləri və müavinləri 27 sentyabr - Anım Günü münasibətilə Zəfər parkını ziyarət ediblər.
Bu barədə Avtosfer.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Deputatlar və Milli Məclisin kollektivi parkdakı Zəfər abidəsi önünə tər güllər düzüblər, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiramla anıblar.
***
27 Sentyabr - Anım Günü ilə əlaqədar Zəfər parkına ziyarət davam edir.
Avtosfer.az xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov, energetika naziri Pərviz Şahbazov, elm və təhsil naziri Emin Əmrullayev və müvafiq qurumların əməkdaşları Zəfər abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
***
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xarici Kəşfiyyat Xidmətinin (XKX) rəisi general-polkovnik Orxan Sultanov 27 Sentyabr - Anım Günü ilə əlaqədar Bakı şəhərindəki Zəfər parkını ziyarət ediblər.
Bu barədə Avtosfer.az-a xidmətdən məlumat verilib.
Qeyd olunub ki, xidmət rəisləri memorial kompleksin girişindəki abidənin önünə gül dəstələri düzərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anıblar.
***
27 Sentyabr - Anım Günü ilə əlaqədar Zəfər parkına ziyarət davam edir.
Avtosfer.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və digər əməkdaşlar Zəfər abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
***
27 Sentyabr - Anım Günü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və icra hakimiyyətinin əməkdaşları Zəfər parkını ziyarət ediblər.
Avtosfer.az xəbər verir ki, onlar vətən uğrunda şəhid olanların xatirəsinə ehtiram əlaməti olaraq Zəfər abidəsinin önünə gül dəstələri düzüblər.
***
27 Sentyabr - Anım Günü ilə əlaqədar Zəfər parkına ziyarət davam edir.
Avtosfer.az xəbər verir ki, müdafiə sənayesi naziri Vüqar Mustafayev və qurumun digər rəsmi şəxsləri Zəfər abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
***
27 Sentyabr - Anım Günü ilə əlaqədar Zəfər parkına ziyarət davam edir.
Avtosfer.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və digər dini konfessiyaların rəhbərləri Zəfər parkını ziyarət ediblər.
***
27 Sentyabr - Anım Günü ilə əlaqədar Zəfər parkına ziyarət davam edir.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinun xüsusi nümayəndəsi Emin Hüseynov Zəfər abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.
***12:24
27 Sentyabr - Anım Günü ilə əlaqədar Zəfər parkına ziyarət davam edir.
Avtosfer.az xəbər verir ki, müdafiə sənayesi naziri Vüqar Mustafayev və qurumun digər rəsmi şəxsləri Zəfər abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
***
27 Sentyabr - Anım Günü ilə əlaqədar Zəfər parkına ziyarət davam edir.
Avtosfer.az xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və qurumun digər əməkdaşları Zəfər abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
***11:00
27 Sentyabr - Anım Günü ilə əlaqədar Zəfər parkına ziyarət davam edir.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Köməkçisi Hikmət Hacıyev və Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev, baş nazirin müavini Şahin Mustafayev Zəfər parkını ziyarət ediblər.
Onlar Vətən uğrunda şəhid olanların xatirəsinə ehtiram əlaməti olaraq Zəfər abidəsi önünə əklil və gül dəstələri qoyublar.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinun xüsusi nümayəndəsi Emin Hüseynov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və digər dini konfessiyaların rəhbərləri Zəfər parkını ziyarət ediblər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Mürsəl İbrahimov və qurumun digər əməkdaşları da Zəfər abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
***
27 Sentyabr - Anım Günü ilə əlaqədar Zəfər parkına ziyarət başlayıb.
Avtosfer.az xəbər verir ki, rəsmi şəxslər, dövlət qurumlarının əməkdaşları, ictimaiyyət nümayəndələri Vətən uğrunda şəhid olanların xatirəsinə ehtiram əlaməti olaraq Zəfər parkını ziyarət edir, Zəfər abidəsi önünə əklil və gül dəstələri qoyurlar.
Baş nazir Əli Əsədov başda olmaqla Nazirlər Kabinetinin əməkdaşları, həmçinin Milli Məclisin sədri Sahibə Qafarova və deputatlar, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Zəfər parkını ziyarət ediblər.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











