Dubay aeroportu ardıcıl beşinci dəfə beynəlxalq daşımalar üzrə lider olub

Dubayın beynəlxalq aeroportu (Dubai International, DXB) 2018-ci ildə ardıcıl olaraq beşinci dəfə beynəlxalq sərnişin daşımalarının həcmi üzrə dünyanın lider hava limanı adını qoruyub.
Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, “Dubai Airports” operator kompaniyasının press-relizində ötən il ərzində Dubay aeroportu vasitəsilə rekord sayda – beynəlxalq səfərlər edən 89,149 milyon sərnişinin daşındığı bildirilir. Bu, əvvəlki ilə nisbətən 1 faiz çoxdur.
Ötən il aeroportun orta aylıq göstəricisi 7,4 milyon sərnişin olub, bununla yanaşı, 8 milyon sərnişin həddi iki dəfə – iyul (8,2 milyon) və avqust aylarında (8,4 milyon) aşılıb. Nəticədə 2018-ci ilin avqustu aeroportun 58 illik tarixində ən yüklənmiş ay olub.
2014-cü ildə “Dubai International” xaricə daşınan sərnişinlərin sayına görə ilk dəfə Londonun “Heathrow” aeroportunu ötərək liderliyə yüksəlib və o vaxtdan etibarən bu göstəriciyə görə liderliyi əlində saxlayır.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










