Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı saxlanıldı - FOTO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda müxtəlif malların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı fiziki şəxslər tərəfindən verilən sadələşdirilmiş bəyannamə tərtib edərək özü ilə 2 ədəd noutbuk, 2 ədəd saat və 2 ədəd mobil telefon gətirdiyini bəyan edib.
Lakin yoxlama zamanı vətəndaşa məxsus baqajlardan bəyannamədə göstərilən əşyalardan başqa, gömrük orqanına bəyan edilməyən xeyli miqdarda elektronika malları - 13 ədəd qulaqlıq, 4 ədəd səsgücləndirici, 5 ədəd fotoaparat, 5 ədəd oyun diski, 1 ədəd plata, 4 ədəd "driver", 27 ədəd hard disk, 3 ədəd ştrix kod oxuyucu, 3 ədəd videokart, 13 ədəd RAM, 44 ədəd flaşkart, 2 ədəd proyektor və 15 ədəd ətir, həmçinin düzgün bəyan edilməyən 6 ədəd qol saatı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Namiq
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA














