Dünya əhalisinin sayı açıqlanıb

Dünya əhalisinin sayı 2019-cu ildə 7,7 milyard nəfərə çatıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu, BMT Baş katibinin hesabatında göstərilib. Bildirilib ki, dünya əhalisinin sayı 2050-ci ildə 9,7 milyard nəfərə çatacaq. Hazırda Avropada 65 yaş və ondan yuxarı əhalinin sayı 19 faiz təşkil edir. Bu rəqəm Şimali Amerikada 16 faizdir. 2050-ci ildə isə bu göstəricilərin uyğun olaraq, 28 faiz və 23 faiz təşkil edəcəyi gözlənilir. Asiya, Latın Amerikası və Karib hövzəsində yaşlı sakinlərin sayı hazırkı 8 faizdən 18 faizədək artacaq. Hazırda Afrika dünyanın ən gənc qitəsidir. Ancaq 2050-ci ildə yaşlıların sayı 9 faiz təşkil edəcək. Əhalinin uzunömürlülüyü 1994-cü ildə 64,9 yaş olub. 2019-cu ildə 72,3 yaş olacağı, 2030-cu ildə isə daha iki ilədək artacağı proqnozlaşdırılır.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












