Dünya yanacaqda palma yağından imtina edir, Azərbaycan isə...

Bu gün bəzi Avropa ölkələri palma yağı ilə zənginləşdirilən yanacaqlardan imtina edir. İtaliya, Macarıstan, Fransa və Böyük Britaniya kimi ölkələr bu yağla zənginləşdirilmiş yanacaqdan istifadənin əleyhinə olduqlarını bildiriblər.
Palma yağı ilə zəngin yanacaqdan imtina edilməsi ilə bağlı artıq Avropa Birliyi tərəfindən deklarasiya hazırlanıb. Bu deklarasiyada yanacaqda palma yağından istifadə edilməməsinin vacibliyi qeyd olunur. Alimlər bildirir ki, palma yağı ilə zənginləşdirilmiş yanacaq digərləri ilə müqayisədə ekoloji mühit üçün 3 qat daha ziyanlı təsirə malikdir. Rəsmi statistikaya görə, təkcə ötən il Avropa ölkələrində palma yağından avtomobil yanacağında 51% istifadə edilib.
Belçika, Fransa, İtaliya, İspaniya, Portuqaliya, İsveç, Hollandiya bu yağın yanacaqda istifadəsinin qarşısının alınması üçün artıq müəyyən addımlar atır. Həmin ölkələrin Avropa Birliyindəki təmsilçiləri qeyd edirlər ki, belə yanacaq növü Avropa bazarında ucuz olduğu üçün bir sıra ölkələr onun ekologiyaya ciddi təhdidlərinə fikir vermir.
Avropa Birliyinin Alternativ Enerji Məsələləri üzrə ekspertləri qeyd edirlər ki, yanacaqda istifadə məqsədilə palma ağaclarının yandırılması, sonradan isə onun yanacaq vasitəsi ilə ətrafa zəhərli qaz ötürməsi gələcəyimiz və ekologiyamız üçün dəhşətli nəticələrə yol açacaq.
Lakin ekspertlərdən fərqli olaraq Avropa vətəndaşları, əslində, dizel yanacağının palma yağı ilə zəngin olmasından xəbərsizdirlər. 4.500 avropalı arasında keçirilən sorğunun nəticəsində bəlli olub ki, onların 82 faizi yanacağın bu yağ ilə zənginləşdirilməsini bilmirlər.
Avtosfer.az xəbər verir ki, Sputnik Azərbaycan-ın əməkdaşı mövzu ilə bağlı azərbaycanlı ekspertlərin münasibətini öyrənmək istəsə də, bəzi ekoloqlar bu məsələdən xəbərsiz olduqlarını söyləyiblər. Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti, ekoloq Telman Zeynalov isə bu sahədə görülməli olacaq işlərdən danışıb: "Palma yağı bədənimizə, ətraf mühitimizə xas deyil. İndiyə qədər Azərbaycanda qeyd etdiyiniz mövzu və bu cür yanacağın zərərlərindən nə qədər adamın dünyasını dəyişməsi ilə bağlı heç bir elmi iş aparılmayıb. Bununla bağlı Azərbaycanda elmi işlərin aparılmasına ehtiyac var".
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT










