Dünyanın ən bahalı rəsm əsəri Salmanın yaxtasında tapıldı – FOTO

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana məxsus “Serene” adlı superyaxtanın göyərtəsində dünyanın ən bahalı rəsm əsəri tapılıb. Avtosfer.az Virtualaz.org-a istinadən xəbər verir ki, Leonardo da Vinçinin “Dünyanın xilaskarı” adlı rəsm əsərinin yoxa çıxması haqda 2019-cu ilin martında məlum olmuşdu. Bildirilirdi ki, Luvr muzeyinin Əbu-Dabidəki filialının əməkdaşları əsərin 2018-ci ilin sentyabrında muzeydə qoyulmalı olduğunu, amma “yoxa çıxdığını” deyiblər. “Dünyanın xilaskarı” əsərində İsa Peyğəmbər təsvir olunub. Bu əsər 1500-ci ildə çəkilib. Uzun müddət itmiş hesab olunurdu, amma 1958-ci ildə əsəri Leonardo da Vinçinin şagirdlərindən birinin müəllifliyi ilə hərraca çıxarıblar. Əsər cəmi 45 funt-sterlinqə satılıb.

2007-ci ildə restavrasiya işlərindən sonra ekspertlər belə qənaətə gəliblər ki, “Dünyanın xilaskarı”nı əslində dahi rəssam özü çəkib. 2013-cü ildə əsəri rusiyalı milyarder-oliqarx Dmitri Rıbolovlev 128 milyon dollara alıb. Və 2017-ci ildə hərracda onu rekord qiymətə-450 milyon dollara satıb. Alıcının kimliyi açıqlanmayıb, amma təxmin edilirdi ki, əsəri Səudiyyə kral ailəsindən kimsə alıb. Daha sonra əsərin Məhəmməd bin Salman tərəfindən alındığı təsdiqlənib, amma onun harada saxlanıldığı məlum deyildi.

Bildirilir ki, əsər vəliəhdin yaxtasında Mədinədə mədəniyyət mərkəzinin tikintisi başa çatana qədər saxlanılacaq. Ehtimal olunur ki, Vinçinin əsəri gələcəkdə həmin mərkəzdə nümayiş olunacaq. Qeyd edək ki, indiki halda vəliəhdin yaxtası Leonardo da Vinçinin həmin əsərindən daha ucuzdur. Belə ki, “Serene” yaxtası 330 milyon dollara, yəni əsərin son hərrac qiymətindən 120 milyon dollar aşağı qiymətləndirilir.
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI










