Dünyanın ən dəqiq aviaşirkət və aeroportlarının reytinqi tərtib edilib

“OAG Aviation Worldwide” analitika firması 2018-ci ilin yekunlarına görə dünyanın ən dəqiq aviaşirkət və aeroportlarının reytinqini tərtib edib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, reytinq məlumatlarına görə, Panamanın “Copa Airlines” şirkətinin reyslərində gecikmələr və qeyri-dəqiqliklər daha az müşahidə olunub. Bu siyahıda ilk onluğa Latviyanın “airBaltic”, Qətərin “Airways”, Hollandiyanın KLM, habelə “Hong Kong Airlines”, “Hawaiian Airlines”, “Bangkok Airways”, “Qantas Airways”, “LATAM Airline”, “Azul” daxil olub.
Tokionun “Haneda” aeroportu iri aeroportlar arasında (ildə 30 milyon yola salınan sərnişin) dəqiqliyinə görə lider olub. Moskvanın “Şeremetyevo” aeroportu “Əsas aeroportlar” (ildə 20-30 milyon sərnişin) kateqoriyasına başçılıq edib, ən dəqiq işləyən kiçik aeroport isə (ildə 2,5-5 milyon sərnişin) Minsk aeroportu sayılıb.
Reytinq 2018-ci ilin reysləri barədə 58 milyon məlumat əsasında tərtib edilib. Burada reyslərin göndərilməsi və qəbulu vaxtı üzrə məlumatlarının 80 faizindən çoxu analitiklərin sərəncamında olan aviaşirkət və aeroportlar göstərilib. Ekspertlər nəzərdə tutulan göndərilmə və qəbuletmə vaxtından 15 dəqiqə ərzində həyata keçirilən reysləri vaxtında yerinə yetirilmiş reyslər sayıblar.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










