Dünyanın ən güclü orduları bəlli oldu - Azərbaycan və Türkiyə neçənci sıradadır?

Dünyada orduların hərbi potensialını qiymətləndirən "Global Firepower" (GFP) 2026 hesabatı dərc olunub. Hesabatda 145 ölkənin silahlı qüvvələri 60-dan çox meyar əsasında təhlil edilərək sıralanıb. Avtosfer.az "AzPolitika"ya istinadən xəbər verir ki, qiymətləndirmə zamanı şəxsi heyətin sayı, quru, hava və dəniz qüvvələrinin imkanları, müdafiə büdcəsi, silah arsenalı, logistika, hərbi sənaye, texnoloji inkişaf, təbii resurslar və coğrafi mövqe kimi amillər də nəzərə alınıb. 2026-cı il reytinqinə əsasən, ABŞ dünyanın ən güclü ordusuna malik ölkə statusunu qoruyub. Rusiya ikinci, Çin isə üçüncü pillədə qərarlaşıb. İlk onluqda yer alan ölkələr müasir silah sistemləri, yüksək müdafiə xərcləri və qlobal hərbi əməliyyatlar aparmaq imkanları ilə seçilirlər.

Hesabata görə, Türkiyə dünyanın ən güclü orduları arasında 9-cu yerdə qərarlaşıb. Son illərdə müdafiə sənayesinə qoyduğu investisiyalar hesabına hərbi potensialını əhəmiyyətli dərəcədə artıran Türkiyə pilotsuz uçuş aparatları (PUA), KAAN milli döyüş təyyarəsi, Altay əsas döyüş tankı, MİLGEM hərbi gəmiləri və yerli hava hücumundan müdafiə sistemləri kimi layihələrlə diqqət çəkir. Güclü quru qoşunları, NATO üzvlüyü və strateji coğrafi mövqeyi də ölkənin ilk onluqdakı yerini qorumasında mühüm rol oynayıb.

Qlobal reytinqdə Azərbaycan 60-cı pillədə qərarlaşıb. Ölkənin mövqeyinə müasir silahlanma proqramları, peşəkar ordu modeli, xüsusi təyinatlı qüvvələrin hazırlıq səviyyəsi və son illərdə müdafiə sahəsində həyata keçirilən islahatlar müsbət təsir göstərib. Azərbaycanın hərbi potensialının artırılması istiqamətində Türkiyə və digər tərəfdaş ölkələrlə keçirilən birgə təlimlər, yeni texnologiyaların tətbiqi və müdafiə sənayesinin inkişafı da mühüm amillər kimi qiymətləndirilir.
Cənubi Qafqaz ölkələri arasında Gürcüstan 95-ci, Ermənistan isə 101-ci yerdə qərarlaşıb.
"Global Firepower"a görə 2026-cı ildə dünyanın ən güclü 10 ordusu bunlardır:
- ABŞ;
- Rusiya;
- Çin;
- Hindistan;
- Cənubi Koreya;
- Fransa;
- Yaponiya;
- Böyük Britaniya;
- Türkiyə;
- İtaliya.
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü keçirilir - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO












