Düzgün bəyan edilməyən mallar aşkarlanıb - VİDEO

Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları gömrük sərhədindən keçirilən malların düzgün bəyan edilmədiyini aşkarlayıb.
Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, belə ki, idarənin “Hövsan Dəniz” gömrük postuna İrandan göndərilən döşəmə üçün plitələr və kafel yüklü “Adrina” gəmisi daxil olub.
İrandan idxal olunan döşəmə üçün plitə və kafel malların saxlanc gömrük proseduru altında rəsmiləşdirilməsi məqsədi ilə gömrük bəyannaməsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinə təqdim olunub və mallarının mövcudluğu bildirilib.
Yuxarıda qeyd olunan malların çəkisi və ümumi miqdarı mal-müşayiət sənədlərində öz əksini tapıb. Gömrük bəyannaməsi baş idarədə qəbul edildikdən sonra idxal olunan mallar “Hövsan Dəniz” gömrük postunun ərazisinə boşaldılıb və bəyan olunan 1590170 kq. çəkidə olan 58688.25 m2 (842 yer) döşəmə üçün plitə və kafel malları yoxlanılıb. Nəticədə “Adrina” gəmisi vasitəsilə idxal olunan və 58688.25 m2 kimi
bəyan olunan malların sənədlərdə göstərilən miqdardan 17721.99 m2 artıq, toplam 76410.24 m2 olduğu məlum olub.
Bu səbəbdən də yuxarıda ad və sayları qeyd edilən mallar Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Hövsan Dəniz” gömrük postunun ərazisində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Namiq
Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? - AÇIQLAMA - FOTOLAR
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ - Dalğanın hündürlüyü 4.5 metrə ...
Küləkli hava nə vaxtadək davam edəcək?
Qoyunları “zebra”nın önünə bağlayıb kəsilən inəklərin başını səkiyə düzüblər - FOTO
Bu küçədə hərəkət birtərəfli olacaq - Maşınlar bir-birinə maneə yaradır
Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq - Azərbaycan Prezidenti
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
Baş nazirdən benzin və dizel yanacağı ilə bağlı QƏRAR
Paytaxtın bu küçələrində sıxlıq müşahidə olunur - SİYAHI - FOTOLAR
Donald Trampa edilən sui-qəsd cəhdi hansı mesajı daşıyırdı? - AÇIQLAMA
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq










