DYP rəsmisi ötən gün Sumqayıtdakı avtobus qəzası barədə danışdı

Ötən gün Sumqayıtda baş verən avtobus qəzası ilə bağlı rəsmi açıqlama yayılıb. Avtosfer.az xəbər verir ki, DİN-in Baş DYP İdarəsinin şöbə rəisi Rüfət Quliyev bildirib ki, 21 fevral 2019-cu il tarixdə, saat 17:00 radələrində Sumqayıt şəhəri, Məşədi Əzizbəyov və Nizami küçələrin kəsişməsində “Toyota Prado” markalı, 10-BN-023 dövlət qeydiyyat nişanlı avtomobil 30 saylı marşrut xətti üzrə hərəkətdə olan “AKİA” markalı, 50-AE-676 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub və nəticəsində avtobus yoldan çıxaraq yaşayış binasının divarına dəyib.
Sumqayıt şəhər Təcili Tibbi Yardım Xidmətindən verilən məlumata əsasən, xəstəxanaya aparılmış 31 nəfər sərnişindən 13-də xəsarət olmadığı üçün onlar evə buraxılıb, 6 nəfər reanimasiyaya yerləşdirilib, 12 nəfəri isə stasionara qəbul olunub.
Bu gün reanimasiya şöbəsində olan xəstələr artıq palatalara köçürülmüş, palatada müalicə alan 12 nəfərdən 11-nin isə gün ərzində evə buraxılacaqları gözlənilir.
Emin
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












