"e-Permit" sistemi Orta Dəhliz üzrə yükdaşımaların səmərəliliyini artıracaq - Türküstan Bəyannaməsi

"e-Permit" sisteminin tam işə salınması və Milli Vahid Pəncərənin inteqrasiyası Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə yükdaşımaların səmərəliliyinin və şəffaflığının artırılmasına töhfə verəcək.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə TDT-nin qeyri-rəsmi sammitinin yekunları üzrə bu gün qəbul edilmiş Türküstan Bəyannaməsində deyilir.
Sənədə əsasən, liderlər "Rəqəmsal İpək Yolu" layihəsinin və analoji rəqəmsal infrastruktur layihələrinin təşviqinə çağırırlar.
Həmçinin dövlət başçıları TDT-yə üzv dövlətlərin Nəqliyyat nazirlikləri arasında "e-CMR" sisteminin tətbiqinə dair 23 aprel 2026-cı il tarixində Bişkekdə Anlaşma Memorandumunun imzalanmasını alqışlayır və üzv dövlətlərin müvafiq orqanlarını elektron rəqəmsal imzaların qarşılıqlı tanınması haqqında saziş layihəsinə baxılmasını başa çatdırmağa çağırırlar.
"Transsərhəd sənədləşmənin sadələşdirilməsi, inzibati maneələrin azaldılması, yüklərin real vaxt rejimində izlənilməsinin təmin edilməsi və Orta Dəhliz üzrə yükdaşımaların səmərəliliyinin və şəffaflığının artırılması məqsədilə "e-Permit" sisteminin tam işə salınmasını alqışlayır və Milli Vahid Pəncərənin, o cümlədən üzv dövlətlərin "e-Permit", "e-CMR" və elektron hökumət sistemlərinin inteqrasiyasını dəstəkləyirik", - deyə bəyannamədə bildirilir.
Həmçinin beynəlxalq yükdaşımalara dəstək göstərilməsi üçün "e-TIR" prosedurunun gələcək tətbiqinin vacibliyi və zəruri texniki və hüquqi işlərin mümkün qədər tez başa çatdırılmasına hazırlıq vurğulanıb.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












