Əfqanıstanda sülh olmayacaq – Danışıqlar baş tutmadı

Əfqanıstanın Taliban hərəkatının nümayəndələri ABŞ-la danışıqlar aparmaqdan imtina ediblər.
Avtosfer.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, taliblərin nümayəndələrinin Amerikanın elçisi, əslən əfqanıstanlı olan diplomat Zalmay Xəlilzadla görüşü gözlənilirdi. Taliban lideri verdiyi bəyanatda regional təsirə malik ölkələrin Pakistanın paytaxtı İslamabadda ABŞ nümayəndəsi ilə danışıqlara razılıq vermələrini tələb etdiyini, lakin bu görüşdən imtina etdiklərini deyib: "Regionla güclərin sülh prosesi ilə bağlı müəyyən gözləntiləri də vardı. Lakin biz onların bu istəklərini rədd etdik".
"Əminliklə deyə bilərik ki, biz İslamabadda ABŞ nümayəndəsi ilə görüşü qəbul etməyəcəyik" - deyə Talibanın sözçüsü Zabillah Mücahid bildirib.
Taliban lideri ABŞ-la danışıqlar üçün şərtlərini də açıqlayıb. O, bildirib ki, yalnız müəyyən şərtlər qəbul edilərsə, bu zaman ABŞ-la sülh danışıqları mövzuzunda görüşmək mümkün olar: "İlk şərtimiz budur ki, ABŞ Əfqanıstandan çəkilməlidir. İkinci şərtimiz isə məhbusların dəyişilməsi ilə bağlıdır. Digər şərtimiz isə budur ki, Taliban ldierlərinin hərəkəti ilə bağlı müəyyən qadağalar aradan qaldırılsın".
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR










