"Əgər Əliyev tələb etsə, Nikol bu əsgəri şəxsən Bakıya qədər müşayiət edəcək" - Erməni siyasətçi

"Əgər İlham Əliyev tələb edərsə, Nikol bu əsgəri şəxsən özü qaçaraq Bakıya qədər müşayiət edəcək".
Avtosfer.az-ın Ermənistanın "Hraparak" nəşrinə istinadən xəbərinə görə, bu sözləri keçmiş deputat Samvel Nikoyan Ermənistan parlamentinin iclasında bir neçə gün öncə baş verən dava ilə bağlı danışarkən bildirib.
İqtidarın sülhlə bağlı təsəvvürlərini tənqid edən və Zəngəzurda baş vermiş hadisəni "təhlükə" olaraq görən Samvel Nikoyan baş nazir Nikol Paşinyanı sərt tənqid edib:
"Əgər İlham Əliyev barmağını tərpətsə, onu buradan təmtəraqla Azərbaycana göndərəcəklər və hələ üstəlik, bunu humanizm də adlandıracaqlar", - deyə o bildirib.
Qeyd edək ki, Ermənistanda doqquzuncu çağırış Milli Məclisin ikinci sessiyasında deputatlar arasında dava düşüb. "Güclü Ermənistan" fraksiyası Şəkidəki insidentin və ordudakı ölümlərin araşdırılması üçün istintaq komissiyasının yaradılmasını təklif edib.
Müzakirə deputatlar arasında qarşılıqlı ittihamlarla müşayiət olunub. Dava səbəbindən iclas bir neçə dəfə dayandırılıb və hətta zala təhlükəsizlik xidmətinin əməkdaşları da daxil olublar.
Xatırladaq ki, oktyabrın 1-də saat 14:15-də Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Nəsimi Musayev Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Naməlum şəraitdə sərhədi keçərək Şəki (Zəngəzur) kəndi istiqamətində əraziyə daxil olan hərbçimiz barəsində ikiaylıq həbs qətimkan tədbiri seçilib.
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












