Ehtiyatlı olun: Təyyarədə də gizli kamera var

Keçən ilin ən yaxşı aviaşirkəti seçilən “Singapore Airlines”ın Boeing 747 təyyarəsində sərnişin gizli kamera aşkarlayıb. Kamera oturacaqların önündə əyləncə məqsədilə quraşdırılan ekranda olub.
Avtosfer.az bizimyol.info-ya istinadən xəbər verir ki, sərnişin bu barədə Twitter-də paylaşım edib. O, “Singapore Airlines” şirkətindən məsələ ilə bağlı izahat istəyib.
Bu paylaşım sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub. “Bu kameralar nə məqsədlə quraşdırılıb və onların qeydə aldığı informasiyalar harada saxlanılır?”, “Aviaşirkət təyyarə salonunda kameraların quraşdırılmasını sərnişinlərə necə izah edir?”, – deyə sosial şəbəkə istifadəçiləri etiraz ediblər.
Bəzi istifadəçilər isə bildirirlər ki, onlar bənzər kameraları başqa hava yolları şirkətlərinin təyyarələrində də görüblər.
“Singapore” aviaşirkətinin rəsmi səhifəsi də Twitter-dəki müzakirələrə qoşulub: “Məsələ burasındadır ki, bizə təqdim olunan bir sıra müasir əyləncə sistemlərində artıq kameralar quraşdırılıb. Amma bu kameralar söndürülüb və biz onlardan istifadə etmək niyyətində deyilik”.
2018-ci ildə “Singapore Airlines” “ilin ən yaxşı aviaşirkəti” elan olunub. “Airline Ratings” onlayn səyahət xidmətinin ekspertləri reytinq cədvəlini müəyyənləşdirərkən uçuşların təhlükəsizliyi və sərnişinlərin uçuşlar barədə fikirləri nəzərə alınıb.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












