Ekstremal hava şəraitinə qarşı əlavə tədbirlər görüləcək - RİNN

Azərbaycanda ekstremal hava şəraitinin təsirlərinə qarşı qabaqlayıcı tədbirlər çərçivəsində mobil və sabit telekommunikasiya operatorları, eləcə də iri internet provayderləri öz infrastrukturunu ehtiyat bağlantılarla gücləndirməlidirlər.
Avtosfer.az xəbər verir ki, bu məsələ Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) operator və provayderlərlə 2025-2026-cı illərin payız-qış mövsümünə hazırlıq üzrə keçirilən müzakirələrində diqqət mərkəzində olub.
Görüşdə enerji təminatının - generator və UPS sistemlərinin - tam hazır vəziyyətə gətirilməsi, açıq hava avadanlıqlarında izolyasiya işlərinin aparılması, həmçinin xidmət keyfiyyəti indikatorlarının 24/7 rejimində nəzarətdə saxlanılması vacib tələblər kimi vurğulanıb.
İKTA telekommunikasiya qüllələrinin və kabel təsərrüfatının qışa hazırlığı, fövqəladə hallarda operativ reaksiya qruplarının formalaşdırılması, sərhədyanı ərazilərdə arzu olunmayan rouminq risklərinin azaldılması, eləcə də istifadəçilərə qabaqlayıcı SMS xəbərdarlıqlarının göndərilməsi ilə bağlı əlavə tövsiyələr təqdim edib.
Qeyd olunub ki, qış mövsümündə telekommunikasiya xidmətlərinin fasiləsiz, təhlükəsiz və dayanıqlı təmin edilməsi üçün "Payız-qış mövsümünə hazırlıq üzrə tədbirlər planı" çərçivəsində operatorların gördüyü işlərin nəticələrinin müzakirəsi məqsədilə mövsüm ərzində dövri görüşlərin keçirilməsi və nəzarətin gücləndirilməsi nəzərdə tutulur.
Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - SİYAHI
QHT-lərin Əməkdaşlıq Forumundan Prezidentə müraciət
Ərdoğanın Azərbaycana səfəri hansı məsələlərə aydınlıq gətirəcək? – ŞƏRH
Hansı anaların müavinətləri 100 manata qaldırılacaq? – RƏSMİ
Zəfərin ildönümünə 2 gün qaldı - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Ərdoğanın Azərbaycana gəlişi münasibətləri düzəldə bilər? - POLİTOLOQ
Ramiz Mehdiyev oğlunu bu vəzifəyə gətirəcəkmiş - ŞOK ADLAR ÜZƏ ÇIXDI
"Nərimanov" stansiyasında Qarabağla bağlı yeni sərgi açıldı - VİDEO
“İkinci əl” avtomobillər ucuzlaşır? - AÇIQLAMA
Azərbaycanda əlverişsiz hava şəraitində skuterlərə qadağa qoyula bilər? – AÇIQLAMA












