Əlcəzair hava məkanını "Boeing 737 MAX" təyyarələrinin üzünə bağlayıb

Əlcəzairin Mülki Aviasiya İdarəsi ölkənin hava məkanında "Boeing 737 MAX" təyyarələrinin uçuşlarına qadağa qoyub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə "Reuters" agentliyi bildirib.
Məlumatda bildirilir ki, bu modeldən olan təyyarələrin Əcəzair səmasından uçuşu, enməsi, ölkə ərazisindən səmaya qalxması qadağan edilib.
Qeyd edək ki, martın 10-da "Ethiopian Airlines" aviaşirkətinin "Boeing 737 MAX 8" təyyarəsi bu ölkədə qəzaya uğrayıb. Nəticədə 157 nəfər həlak olub. Analoji modeldən olan təyyarə qəzası ötən ilin 29 oktyabrında İndoneziyada da baş verib. Hadisə zamanı 189 nəfər həlak olub.
Efiopiyada baş verən qəzadan sonra Rusiya, ABŞ və Avropa Birliyi dövlətləri də daxil olmaqla, dünyanın çox ölkələri təhlükəsizlik baxımından "Boeing 737 MAX"ın istismarını dayandırıblar.
"Boeing" şirkəti isə öz növbəsində bu seriya təyyarələrinin təhlükəsizliyinə əminliyini ifadə edib. Ancaq şirkət bildirib ki, nizamlayıcıların uçuşları dayandırmaq qərarını anlayır.
Qeyd edək ki, ABŞ-ın Nəqliyyat Nazirliyi "Boeing 737 MAX" təyyarələrindən istifadənin təhlükəsizliyini yoxlamağa başlayıb.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












