Elektrikli avtomobillər Bakıda yanğın riskini artırıb – İki binanın yanmasının səbəbləri üzə çıxdı

Bakıda yaşayış binasında baş verən yanğından sonra sakinlər səbəb kimi elektrik avtomobillərinin mənzillərdən çəkilən naqillərlə şarj edilməsini göstərir. Dünən baş verın yanğında da sakinlər eyni ittihamları səsləndiriblər.
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, bu məsələ artıq bir müddətdir narahatlıq yaratmağa başlayıb:

“Çünki Azərbaycanda elektrik avtomobillərinin sayı getdikcə artır və insanlar daha ucuz variantlara üz tuturlar. Təbii ki, qanunla müəyyənləşdirilmiş ərazilərdə elektrik doldurmaq müəyyən məbləğ tələb edir, lakin ev şəraitində bu daha ucuz başa gəlir. Çünki yaşayış evlərinə elektrik enerjisi daha aşağı tariflərlə təqdim olunur. Ona görə də bəzi insanlar həm elektrikdoldurma stansiyalarında vaxt itirməmək, həm də qənaət etmək məqsədilə bu cür üsullara əl atır və yaşadıqları ərazilərdə avtomobillərini qeyri-standart üsullarla şarj etməyə çalışırlar. Bu isə artıq öz mənfi nəticələrini göstərməkdədir.
Bir müddət əvvəl də bu barədə məlumat verilmişdi. Hətta “Azərişıq” tərəfindən bəzi yaşayış binalarında monitorinqlər aparılıb və nəticədə bu məsələnin ciddi narahatlıq doğurduğu müəyyən edilib. Vətəndaşlara dəfələrlə xəbərdarlıq olunsa da, buna əhəmiyyət verənlər azdır.
Müşahidə olunur ki, bəzi hallarda vətəndaşlar 10-15-ci mərtəbələrdən naqillər sallayaraq həyətdə avtomobillərini şarj edirlər. Bu isə qətiyyən yolverilməzdir və təhlükəlidir. Birincisi, avtomobillərin konstruksiyasında belə şarj üsulu nəzərdə tutulmayıb və bu, nəqliyyat vasitəsinə müəyyən zərər verə bilər. Sürücülər bunu zamanla hiss edirlər.
İkincisi, yanğın təhlükəsi, qısaqapanma və digər texniki problemlər yarana bilər. Digər tərəfdən, vətəndaşlar bəzən normal elektrikdoldurma stansiyaları tapa bilmirlər. Çünki bu cür məntəqələrin sayı hələ də kifayət qədər deyil”.
Ekspert əlavə olaraq qeyd edib ki, bunları nəzərə alaraq aidiyyəti qurumlar tərəfindən məsələyə daha ciddi yanaşılmalıdır: “Elektrikdoldurma stansiyalarının sayı artırılmalı, onların əlçatanlığı təmin edilməlidir. Eyni zamanda, tikinti şirkətləri üçün də müəyyən tələblər qoyulmalıdır ki, inşa etdikləri yaşayış komplekslərində mənzillərin sayına uyğun şarj məntəqələri yaradılsın.
Bununla yanaşı, bəzi vətəndaşlar fərdi şəkildə elektrikdoldurma qurğuları alaraq onları ümumi şəbəkəyə qeyri-qanuni və texniki normalara uyğun olmayan formada qoşurlar ki, bu da ciddi problemlərə səbəb olur. Ona görə də həm sakinlər arasında maarifləndirmə işləri aparılmalı, həm də hər kəs başa düşməlidir ki, bir nəfərin qənaət məqsədilə atdığı addım bütün binanı risk altına sala bilər. Əgər bir binada 10-15 nəfər elektrik avtomobili istifadə edirsə, bu halda risk daha da artır”.
Ekspert hesab edir ki, belə hallara qarşı mübarizə aparmaq üçün qanunvericiliyə də müəyyən dəyişikliklər edilməlidir. Əks halda deyilən sözlərə, tövsiyələrə əməl edən olmayacaq.
Eltac Zülfüqaroğlu
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












