Elektron tərəzilər TIR sürücülərini qanunsuz "CƏRİMƏ YAĞIŞI"na TUTUB – İDDİA – AÇIQLAMA - FOTO

Son günlər yük avtomobili sürücülərinin elektron tərəzilərlə bağlı şikayətləri artıb. Sürücülərin sözlərinə görə, yük maşınlarının çəkiləri normadan artıq olmadığı halda tərəzilər yüksək rəqəm göstərir və minlərlə manatlıq cərimələr yazılır. Avtosfer.az xəbər verir ki, həmin sürücülərdən biri - Nizami Tofiq oğlu Vahidov Oxu.az-a müraciət edib.
O bildirib ki, 700-ə yaxın sürücü sözügedən məsələdən əziyyət çəkir:
"Avqustun 5-də "Shacman" markalı yük maşını ilə Quba istiqamətində hərəkət edərkən Mollakamallı kəndi ərazisində quraşdırılan elektron tərəzidən keçərkən 600 manat cərimələndim. Yükümün normadan artıq göstərildiyi barədə mesaj aldım. Halbuki yükləmə məntəqəsindən çıxarkən çəki 32 ton 160 kiloqram idi. Daha sonra rəsmi sertifikatlı tərəzidən keçdim və yük maşınının çəkisi 31 ton 850 kiloqram oldu. Yəni heç bir artıq yük daşımırdım. Buna baxmayaraq, elektron tərəzi 35 ton 780 kiloqram göstərərək məni cərimələdi".
Sürücü bildirib ki, məsələ ilə bağlı dərhal Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin "141" qaynar xəttinə və yol polisi əməkdaşlarına müraciət etsə də, şikayəti cavabsız qalıb:
"Oxşar hadisə avqustun 21-də yenidən təkrarlanıb. Bu dəfə yük avtomobili 31 ton 120 kiloqram idi. Lakin Xızı rayonun Şorabad kəndi istiqamətində quraşdırılan elektron tərəzi mənim yükümü normadan artıq göstərdi və 1200 manatlıq cərimə yazdı: "Yüküm faktiki 31 ton 120 kiloqram idi. Sertifikatlı tərəzidə təsdiqini də aldım. Amma elektron tərəzi 34-35 ton göstərdi. Mənim əlimdə bununla bağlı bütün çeklər var. Buna baxmayaraq, SMS-lə 1 200 manat cərimə gəldi".
Sürücü əlavə edib ki, avqustun 24-də Xaçmaz istiqamətində hərəkət edən zaman yenə eyni situasiya təkrarlanıb və bu dəfə 3 000 manata yaxın ümumi cərimə ilə üzləşib: "Texniki baxışdan keçmək üçün cərimələri ödəməliyəm. Ödəmədiyim üçün əlavə olaraq 50 manat da cərimə gəlib. Beləliklə, cərimələrin məbləği artmaqda davam edir".





Onun sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib. Lakin hələ də problemin həlli tapılmayıb:
"Məni ancaq məhkəməyə yönləndirirlər. Artıq ayın 5-dən bu günə qədər araşdırma aparılmalı idi, amma heç bir nəticə yoxdur. Hazırda işim məhkəmədədir".
Bu gün Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsindən sertifikatlı tərəzi ilə faktiki olaraq 30 ton 840 kiloqram yüklə yola düşdüm. Lakin Ceyranbatan ərazisində elektron tərəzi 35 ton 210 kiloqram göstərdi və 1 200 manat yenə cərimələndim. Boğaza yığılmışam, mən kasıbdan nə istəyirlər?"

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən yük nəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi nəqliyyat vasitələrinin oxlarının sayından asılı olaraq müəyyən edilir:
"Bu məsələ Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə tənzimlənir. Nəqliyyat vasitəsinin icazə verilən ümumi çəkisi sözügedən qərara əlavə olunmuş 2 nömrəli cədvəldə müəyyən edilmiş hədləri aşmamalıdır. Qərarda təsbit olunan meyarların hamısı, yəni bütün parametrlər elektron tərəzilərin alqoritmində əksini tapıb. Nəqliyyat vasitələri elektron tərəzilərdən keçərkən həmin alqoritmlər əsasında ölçmə aparılır. Müvafiq parametrləri aşan yük nəqliyyat vasitələrinin sürücüləri barədə hər hansı fiziki təmas olmadan, real vaxt rejimində inzibati tənbeh tədbirlərinin görülməsi təmin edilir".
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Valideyni onu döydüyünə görə 200 manat cərimələnməsi uşağa necə təsir edəcək? – EKSPERT RƏYİ
Yer kürəsində maqnit qasırğası başlayıb
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?
Bu universitetlər Bakıdan KÖÇÜRÜLƏCƏK - Yeni ünvanlar HARA OLACAQ?
Rusiyada dizel yanacağı kəskin bahalaşdı – BİZƏ MÜMKÜN TƏSİRİ
Bu şəxslər 150 manat cərimələnəcək
15 martda keçiriləcək buxarılış imtahanında vəziyyət necə olacaq? - Ekspert AÇIQLADI










