Elgünün qətli ilə bağlı Prokurorluqdan ÇAĞIRIŞ: "Kiminsə əsaslı versiyası varsa, təqdim etsin"

Mayın 13-də axşam saatlarında 2007-ci il təvəllüdlü Elgün İbrahimovun qətlindəki sirr müxtəlif versiyaların gündəmi zəbt etməsinə səbəb olub.
Avtosfer.az xəbər verir ki, Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin böyük prokuror-metodisti Sabir Musayev İTV-nin efirində Elgünün ölümü ilə bağlı cinayət işi başlandıqdan sonra ibtidai araşdırmanın gedişində hadisə yerinə ilkin və təkrar baxışlar keçirildiyini bildirib.
O qeyd edib ki, mərhumun meyiti xarici və daxili müayinələrdən keçirilib:
"Mərhumun meyitindən, o cümlədən hadisə yerindən müəyyən nümunələr götürülüb. Həmin nümunələr üzrə çoxsaylı ekspertizalar təyin edilərək aidiyyəti üzrə göndərilib".
S.Musayev qeyd edib ki, hadisə yerinə yaxın ərazilərdə quraşdırılmış müşahidə kameralarından müəyyən görüntülər də götürülüb və həmin görüntülərə artıq baxış da keçirilib.
Baş Prokurorluq rəsmisi cəmiyyətə çağırış edib:
"Kiminsə əsaslı versiyası varsa, çəkinmədən prokurorluğa müraciət edib, həmin versiyanı və onun əsaslandığı sənədləri, dəlilləri təqdim edə bilər".
O əlavə edib ki, dəqiqləşdirilməmiş məlumatların yayılması ciddi narahatlıq doğurur.
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO












