Əli Həsənovun qalmaqallı avtomobili özü ilə apardığı təsdiqləndi

Bir neçə gün əvvəl ölkə mətbuatında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin özünə bahalı xidməti avtomobil almasına dair məlumatlar yayılıb. Bu məlumatlarla bağlı Komitənin yaydığı açıqlamada qurumun keçmiş sədri, Baş nazirin müavini Əli Həsənovun vəzifədən gedərkən xidməti avtomobili özü ilə apardığı qeyd olunub.
Avtosfer.az xəbər verir ki, bununla bağlı baş nazirin müavini Ə.Həsənovun köməkçisi Ramin Talıblı musavat.com-a müraciət edərək, yayılmış məlumata aydınlıq gətirib. Onun dediyinə görə, Ə.Həsənov Komitə sədri olarkən Nazirlər Kabinetinə məxsus xidməti avtomobildən istifadə edib: “10-AA-203 dövlət nömrə nişanlı, 2012-ci il buraxılışlı, BMV markalı və hazırda Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənovun xidməti istifadəsində olan nəqliyyat vasitəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə məxsusdur.
Əli Həsənov həmçinin Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsini icra edən dönəmdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə sözügedən nəqliyyat vasitəsi müvəqqəti olaraq Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə xidməti istifadə üçün verilmiş, sonradan isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə Komitənin balansından çıxarılaraq Nazirlər Kabinetinə geri qaytarılıb”.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










