Elmar Vəliyevə qarşı sui-qəsd ilə bağlı sosial şəbəkədə paylaşım edən şəxsin cəzası azaldılıb

Sumqayıt Apellyasiya Məhkəməsində terrorçuluğa açıq çağırışlar etməkdə təqsirləndirilən İlqar Quliyev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, İ.Quliyevin apellyasiya şikayəti qismən təmin edilib. Belə ki, onun 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 9 aya endirilib. İttiham aktına əsasən, İ.Quliyev 3 iyul 2018-ci il tarixdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis serjantı Qasım Aşbazova qarşı sui-qəsdlə əlaqədar sosial şəbəkədə paylaşım edib. Daha sonra onun barəsində Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar) maddəsi ilə ittiham irəli sürülüb.
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə İ.Quliyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












