Elmə məlum olmayan məxluq tapılıb - VİDEO

Hind okeanının dərinliklərindən elmə məlum olmayan varlıq tapılıb.Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Böyük Britaniyanın Nyukasl Universitetinin araşdırmaçıları Hind okeanının ən dərin hissəsində - şərq hissəsində araşdırma aparıblar. Alimlər suyun dərinliyinin faunasını öyrənərkən dəniz biologiyası üçün yeni olan varlıq aşkar ediblər. Şahidlərin sözlərinə görə, xarici görkəminə görə, bu varlıq uzun ipi olan hava şarını xatırladır. Məxluq qaranlıqda sualtı aparatın qarşısına çıxıb və sonra yox olub. O, okeanın 6500 metr dərinliyində aşkarlanıb.
Alimlər şara bənzər varlığı araşdırıb və belə qərara gəliblər ki, bu, 20 il əvvəl yapon bioloqlar tərəfindən görülən stalked ascidia növüdür. Ancaq alimlərin fikrincə, ascidia daha az dərinlikdə yaşayır.
Hind okeanında araşdırmalar davam edir. Okeanda yaşayan canlıların hamısı hələ tam öyrənilməyib.
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












