Əlverişsiz hava şəraiti çoxsaylı problemlər yaradıb

İsveçdə güclü qar yağması və küləkli hava şəraiti aviareyslərin ləngiməsinə, ictimai nəqliyyatla bağlı problemlərə, yolların bağlanmasına və elektrik enerjisi verilişində fasilələr yaranmasına səbəb olub. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, güclü qar yağması Krallığın nəqliyyat sisteminə ciddi zərər vurub. İsveç Nəqliyyat İdarəsi hava şəraitini nəzərə alaraq avtomobil sürücülərinə ehtiyatlı olmağı məsləhət görüb. Onlara xəbərdarlıq edilib ki, yol kənarındakı ağaclar yıxılıb küçənin hərəkət hissəsinə düşə bilər, görmə məsafəsi pisləşib, yollar buz bağlayıb. Bundan əlavə, vətəndaşlara məsləhət görülüb ki, zərurət olmadığı hallarda şəxsi avtomobillərdən istifadə etməsinlər, ikinci dərəcəli yollardan deyil, qardan təmizlənmiş magistral yollardan istifadə etsinlər.
Bununla belə, ötən bazar günü Stokholmun şəhərətrafı zonasının elektrik təchizatında fasilələr üzündən minlərlə insan zərər çəkib. Ekeryö və Valyentuna rayonlarında təqribən 1200 ev təsərrüfatı, Stokholmun özündə isə 3800-ə yaxın ev təsərrüfatı elektrik təchizatında fasilələrlə üzləşib.
İctimai nəqliyyatın işində də problemlər yaranıb. Hava şəraitinin pisləşməsi ilə bağlı problemlər İsveç paytaxtının dəmiryol və hava nəqliyyatının işinə də mənfi təsir göstərib. Stokholmun ən iri aeroportu olan Arlandadan uçan reyslərin çoxu şiddətli külək və güclü qar yağması üzündən ləngiyib və ya ləğv edilib.
Meteoroloqların sözlərinə görə, ekstremal hava şəraiti İsveçdə hələ davam edəcək, çünki Stokholmu cənginə almış soyuq cərəyan indi ölkənin şimalına doğru yönəlib.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










