“Emil 444”ü öldürən şəxs tutuldu

Bakıda dünən axşam kriminal aləmin üzvü kimi tanınan “Emil 444” ləqəbli şəxsi bıçaqlayaraq öldürən şəxs saxlanılıb. Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, mayın 9-u axşam saat 23 radələrində Binəqədi rayonu, İsrafil Həşimov küçəsində baş verib.
Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini, 1995-cü il təvəllüdlü Tağıyev Həsən Mərdan oğlu aralarında yaranmış mübahisə zamanı Masallı rayon sakini, 1988-ci il təvəllüdlü Səfərov Emin Ehtiram oğlunu bıçaqlayaraq öldürüb. Dava E.Səfərovun yaşadığı evin qarşısında baş verib.
Faktla bağlı hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin edilib. Hadisəni törətməkdə şübhəli bilinən H.Tağıyev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












