Ən yaxşı aeroportların və aviaşirkətlərin adları açıqlandı

"AirHelp” şirkəti dünyanın ən yaxşı aeroportlarının və aviaşirkətlərinin reytinqini tərtib edib. Araşdırmada 40 ölkədən 40 mindən çox müştərinin rəyini nəzərə alıblar. Avtosfer.az Bizimyol.info-ya istinadən xəbər verir ki, Ümumilikdə 132 hava limanının adı çəkilib. Siyahı tərtib edilərkən qrafiklərə əməl olunması, xidmət keyfiyyəti, mağaza və restoranların vəziyyəti nəzərə alınıb. Qətərdəki Hamad aeroportu hamını geridə qoyub. Bakı hava limanının adını siyahıda görə bilmədik.
İlk 10-luqda bu aeroportların adı yer alıb: Hamad (Qətər) – 8.39, Tokio (Yaponiya) – 8.39, Afina (Yunanıstan) – 8.38, Afonso Pena (Braziliya) – 8.37, Qdansk (Polşa) – 8.35, Şeremetyevo (Rusiya) – 8.35, Çanqi (Sinqapur) – 8.27, Heydərabad (Hindistan) – 8.27, Tenerife (İspaniya) – 8.26, Virakopos (Braziliya) – 8.25.
Aviaşirkətlərin siyahısında 72 ad var. Burada da qrafiklərə əməl olunması, uçuşların keyfiyyəti, biletlərin tez geri qaytarılması nəzərə alınıb. İlk 10-luqda bu adlar görünür: Qatar Airways – 8.23, American Airlines – 8.07, Aeromexico – 8.07, SAS Scandinavian Airlines – 8.07, Qantas – 8.04, LATAM Airlines – 8.01, WestJet – 7.96, Luxair – 7.90, Austrian Airlines – 7.90, Emirates – 7.80.
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












