"Enerji içkiləri məktəblərə yaxın ərazilərdə satılır" - HƏKİMDƏN ƏHALİYƏ XƏBƏRDARLIQ - FOTO

Son dövrlərdə xüsusilə yeniyetmə və gənclər arasında enerji içkilərinin gündəlik vərdişə çevrilməsi, həm valideynlər, həm də mütəxəssislər arasında ciddi narahatlığa səbəb olur. Gənclər arasında sürətlə yayılan enerji içkiləri istifadəsi səssiz bir təhlükəyə çevrilir.
Bəs bu vərdiş onların sağlamlığına necə təsir edir?
Mövzu ilə bağlı həkim-ekspert Adil Qeybulla Avtosfer.az-a açqılamasında bildirib ki, energetik içkilərin bu gün geniş istehlak edilməsi narahatlıq doğurur:
.jpg)
“Çünki bu içkilərin mütəmadi istifadəsi bir çox sağlamlıq problemlərinə yol açır. Məsələn, enerji içkiləri kişilərdə mütəmadi istifadədə kardiopatiya, yəni ürək xəstəliklərinin yaranmasına səbəb ola bilər. Bu xəstəliklər ürəyin fəaliyyətinin zəifləməsinə, ümumiyyətlə, ürəyin funksiyalarının pozulmasına gətirib çıxarır.
Energetik içkilər, xüsusilə məktəblərdə və gənclər arasında geniş yayılmasına görə ciddi narahatlıq doğurur. Belə içkilər məktəblərə yaxın ərazilərdə asanlıqla satılır ki, bu da uşaqların bu məhsulları asanlıqla əldə etmələrinə şərait yaradır. Valideynlər bu mövzuya diqqət yetirməli və uşaqlarını bu cür içkilərdən uzaq tutmaq üçün maarifləndirmə aparmalıdırlar”.

Həkim-ekspert son olaraq qeyd edib ki, xüsusilə də uşaqların və gənclərin bu içkiləri istədikləri zaman əldə etmələri onları ciddi sağlamlıq problemləri ilə üz-üzə qoya bilər:
“Energetik içkilərin tərkibindəki yüksək miqdarda şəkər, kofein və digər stimulyatorlar onların ürək və damar sisteminə ciddi zərər verə bilər”.
Eltac Zülfüqaroğlu
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












