Ər onu bıçaqlayan arvadını bağışlayıb, qadın həbs edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Gülnar Şərifovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttiham aktına əsasən, hadisə 2018-ci ilin iyun ayının 1-də Bakı şəhərində baş verib. Həmin gün G.Şərifova qeyri-rəsmi yaşadığı, özündən 5 yaş kiçik olan Elçin Zeynalovla mübahisə edib. Mübahisə zəminində o, E.Zeynalovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
İstintaq dövründə G.Şərifova barəsində Cinayət Məcəlləsinin 126.1-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində polisin nəzarətinə verilmə qətimakn tədbiri seçilib.
Məhkəmədə elan olunub ki, G.Şərifova məhkəmə çağırışlarına əməl etməyib, onun barəsində axtarış qərarı çıxarılıb. Daha sonra o, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları təfindən həbs edilib.
Elan olunmuş ittiham üzrə G.Şərifova özünü təqsirli bilib.
Daha sonra zərərçəkmiş E.Zeynalov ifadə verib. O söyləyib ki, hadisə günü evə əsəbi gəlib, həyat yoldaşı ilə mübahisə edib: "Bu zaman Gülnarın əlində bıçaq var idi. Əsəbi halda onun üstünə getdim. Gülnar da məni vurdu. Bacısı ilə birgə məni xəstəxanaya apardı, 9 gün orada yatdım".
Zərərçəkmiş təqsirləndirilən şəxsi bağışladığını, ondan şikayətçi olmadığını vurğulayıb.
Məhkəmənin növbəti iclası aprelin 3-nə təyin edilib.
Xatırladaq ki, G.Şərifovanın ilk həyat yoldaşından bir azyaşlı qızı var.
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA










