Ərazidə süni tıxac: Avtobus sürücüləri işıqforda saxlayır

Paytaxtın Nobel Prospektində şəhərdən üzü Zığ yolu istiqamətinə 2 saylı "ASAN Xidmət"in qarşısında sürücülər marşrut avtobuslarını düz işıqforun bir neçə addımlığında saxlayırlar. Onlar buna səbəb kimi isə dayanacağın işıqforla yaxın məsafəyə qoyulmasını göstərirlər. Ancaq baxmayaraq ki, həmin ərazidə 20-25 metr aralıda geniş avtobus cibi yaradılıb.
Avtosfer.Az xezerxeber.az-a istinadən bildirir ki, avtobus dayanacağı işıqforun bir neçə addımlığında qoyulub. Halbuki yaxınlıqda avtobusların rahat dayanması və sərnişin düşürüb-mindirməsi üçün geniş cib yaradılıb.
Ancaq sürücülər avtobusları cibin ərazisində yox, düz işıqforun yaxınlığında quraşdırılan dayanacaqda saxlayırlar. Nəticədə də süni tıxac yaranır.
Görüntülər paytaxtın Xətai rayonu Nobel prospektində, 2 saylı ASAN xdimətin qarşısındandır. Burada avtobus dayanacağı işıqfora yaxın qoyulub. Elə buna görə də avtobus sürücüləri məhz bu dayanacaqda sərnişin düşürüb-mindirmək məcburiyyətində qalırlar.
Ancaq maraqlıdır ki, həmin dayanacaqdan bir neçə metr aralıda ayrılan geniş avtobus cibindən taksilər istifadə edir.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindənbildirildi ki, əməkdaşlar əraziyə baxış keçirəcək və uyğunsuzluq aradan qaldırılacaq.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










