Ərdoğan ŞƏT görüşündə Orta Dəhliz və Azərbaycanla bağlı mühüm bəyanat verdi

"Orta Dəhlizin Azərbaycan üzərindən "Bir kəmər, bir yol" təşəbbüsü ilə də uyğunlaşdırılmasını istəyir və bu çərçivədə təşkilat daxilindəki əməkdaşlığa böyük önəm veririk".
Avtosfer.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "ŞƏT plyus" formatında görüşdə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, Türkiyə təşkilat coğrafiyasının Qərb bazarlarına çıxışı nöqtəsində, xüsusilə də enerji dəhlizlərinin diversifikasiyası və geopolitik risklərin idarə olunmasında kritik rol oynayır.
Ərdoğan qeyd edib ki, Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatı ilə hər sahədə əməkdaşlığı inkişaf etdirmək üçün səylərini davam etdirəcək.
"İqlim dəyişikliyi, qeyri-qanuni miqrasiya, terrorizm, transmilli cinayətlər və ərzaq təhlükəsizliyi kimi məsələlər artıq bir çox ölkə üçün təhlükə mənbəyidir. Türkiyə olaraq iqlim dəyişikliyinin müxtəlif coğrafiyalara mənfi təsirləri ilə mübarizədə üzərimizə düşəni etməyi hədəfləyirik. Bu məqsədlə 11-12 noyabr 2026-cı il tarixlərində Antalyada COP31 Sammitinə ev sahibliyi edəcəyik" - deyə Ərdoğan qeyd edib.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












