Ərdoğan Zəfər Günü Azərbaycana gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib.
Avtosfer.az xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb.
“Fövqəladə vəziyyət yaranmasa, noyabrın 8-də Azərbaycana səfər etməyi planlaşdırıram. İnşallah, bu səfər vasitəsilə də zəruri addımları atmaq imkanımız olar”, - deyə o bildirib.
Ərdoğan həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə həyata keçirdiyi telefon danışığını da xatırladıb.
“Hər zaman dediyim kimi, bizim Azərbaycanla münasibətlərimiz klassik diplomatik təmaslardan daha artıqdır. İki ölkənin qopmaz bağı ortaq tariximizin, mədəniyyətimizin, talehimizin və gələcəyimizin məhsuludur. Türkiyə və Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir əngəl yoxdur”, - Ərdoğan vurğulayıb.
***12:44
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək.
Avtosfer.az “Oxu.Az”a istinadən xəbər verir ki, səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək.
Qışda qəza riskini azaltmaq üçün sürücülər nə etməlidir? – AÇIQLAMA
Əhmədlidə obyekt tikintisi zamanı 5 ağac betonun içində qalıb – VİDEO
Bu gün maşınla yola çıxanların NƏZƏRİNƏ!
Rusiya-Ukrayna müharibəsindən ən çox yararlanan Hindistandır - POLİTOLOQ
Bakıda sıxlıq olan yollar AÇIQLANIB - YENİLƏNİB
Tıxacda avtomobillər arasında neçə metr məsafə olmalıdır? – EKSPERT
Bakıda piyadaların hərəkətini çətinləşdirən əsas problem nədir? – ARAŞDIRMA
Bakıda eyni ildə tikilən binalardan birinə niyə abidə statusu verilməyib? - FOTO
Sumqayıtda Sovet dövrünə aid elektrik dirəkləri təhlükə saçır - VİDEO
Prezidentin adından yayılan mesaj saxtadır: Bu linkə TIKLAMAYIN! – FOTO
Bakıda əlçatanlıq problemi 3D texnologiya ilə həll oluna bilər? – EKSPERT












