Ərəb ölkələrinin ABŞ-İsrail-İran münaqişəsinə qoşulması gündəmdədir – SİYASİ ŞƏRHÇİ

Son günlər dünya səviyyəsində gündəmdə olan ABŞ-İsrail və İran arasındakı ciddi hərbi qarşıdurmanın gedişatı daim diqqət mərkəzindədir. Fevralın 28-də başlayan münaqişə hələ də öz qaynarlığı ilə günə davam edir, sülhə doğru isə hələ ki, heç bir aydın addım görünmür. Beynəlxalq ictimaiyyətlə yanaşı, regiondakı qonşu dövlətlər də bu gərginliyi diqqətlə izləyir və potensial diplomatik həllər üçün səylər göstərilir. Lakin hələlik münaqişənin daha da genişlənməsi və ya sülhə yönəlməsi ilə bağlı aydın perspektivlər görünmür və vəziyyət gərgin olaraq qalır.
Məsələ ilə bağlı siyasi şərhçi Kənan Novruzov Avtosfer.az-a açıqlamasında bildirib ki, Yaxın Şərqdə baş verən müharibə görünür ki, uzun sürəcək və indiki vəziyyətdə konkret qalib tərəfi müəyyən etmək çətindir:

“ABŞ və İsrail bir neçə gün ərzində məqsədlərinə çatsaydılar, məsələn, İran rejimində dəyişiklik edilsə və ya İran nüvə proqramı ilə bağlı ambisiyalarından əl çəksəydi, münaqişə qısa müddətdə həll oluna bilərdi. Lakin bu baş vermədi. İrana baxanda isə vəziyyət tamamilə fərqlidir. Yüksək rütbəli rəsmilərin öldürülməsi ölkədə xaos və parçalanmaya səbəb olub. Hazırda İran daxilində siyasi və hərbi strukturda gərginlik hökm sürür. Hər iki tərəf, həm ABŞ və İsrail, həm də İran ciddi itkilərlə üzləşib və vəziyyət çox mürəkkəbdir. Münaqişənin gedişatı onu göstərir ki, ABŞ yaxın perspektivdə quru əməliyyatlarına başlaya bilər. İran isə həmçinin strateji yollarını məsələn, Hörmüz boğazını təhdid edərək öz kartını oynayır. Bu isə ABŞ və İsrailin qısa müddətdə qalib gəlməsini çətinləşdirir. Əgər ABŞ quru əməliyyatına başlasa, bu müharibəni daha da genişləndirə bilər və uzunmüddətli reformasiya və strateji dəyişikliklərə səbəb ola bilər. Gələcəkdə isə bəzi Ərəb ölkələrinin də bu münaqişəyə qoşulması ehtimalı gündəmdədir, bu da regiondakı gərginliyi daha da artıracaq”.
Fatimə Dadaşova
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO












