Erməni obmudsman azərbaycanlı əsirə baş çəkdi - FOTO

Ermənistanın ombudsmanı Arman Tatoyan mart ayının 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistanın Noyanberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçən azərbaycanlı İbrahimov Elvin Arif oğlu ilə görüşüb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, insident zamanı erməni hərbçilərin açdığı atəş nəticəsində ayağından yaralanan E.İbrahimov hazırda xəstəxanada müalicəsini davam etdirir.
Görüşdə həmçinin, məsələ ilə bağlı araşdırmaları aparan müstəntiq, vəkil və tərcüməçi də iştirak edib. Görüş vaxtı E. İbrahimov ailə üzvləri ilə görüşmək və danışmaq istədiyini bildirib.
A.Tatoyan qeyd edib ki, E.İbrahimovun ailəsi ilə məktub, telefon və videozəng vasitəsilə əlaqə yaratmasına şərait yaradılacaq. Ombudsman həmçinin, onun ailəsi ilə Ermənistan ərazisində təhlükəsiz görüşünün də təşkil edilməsinə hazır olduqlarını qeyd edib.
Xatırladaq ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, E.İbrahimov Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatdadır.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












