Ermənilər atəş açdı, sərhədçilərimiz susdurdu - Ölənlər və yaralananlar var

Ermənilərin yenidən təxribat törətməsi nəticəsində düşmən ordusunun hərbçilərindən ölən və yaralananlar var. Avtosfer.az Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadən xəbər verir ki, 29-30 aprel tarixlərində Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədində Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş məntəqələri Ermənistan Respublikasının Silahlı Qüvvələrinin bölmələri tərəfindən bir neçə istiqamətdən günün müxtəlif vaxtlarında iri çaplı silahlardan dəfələrlə intensiv atəşə tutulub. Bütün hallarda bölmələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri istiqamətində cavab atəşi açılıb.
Düşmən tərəfinin təxribatının qarşısı alınarkən erməni hərbçiləri arasında ölənlər olub. Bu barədə isə Ermənistanın bəzi Kütləvi İnformasiya Vasitələri yazıb.
Bundan başqa, erməni hərbçilərindən birinin yaralanması barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan məlumat verib.
O, “Facebook” səhifəsində yazıb ki, Tavuş istiqamətində gedən döyüşlərdə 32 yaşlı Samvel Sepkxanyan ağır yaralanıb. Yaralı hərbçi helikopterlə İrəvana aparılıb.
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT












