Ermənilər İrəvan-Tiflis dəmiryolunu bağladılar

Ermənistanın Alaverdi misəritmə kombinatının əməkdaşları sosial-iqtisadi vəziyyətə etiraz olaraq İrəvan-Tiflis dəmiryolunu bağlayıblar. Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, Alaverdi misəritmə kombinatının 300-dən artıq işçisi fevralın 13-də səhər saatlarından etibarən İrəvan-Tiflis dəmiryolunu bağlayıblar. Etiraz aksiyasının iştirakçıları adından çıxış edən Armen Kirakosyan tələblərini irəli sürərək deyib ki, məqsədimiz zavod rəhbərliyi, hökumət nümayəndələri, bank və kombinata xidmət edən qurumla görüşməkdir. Onun sözlərinə görə, onlarla Alaverdi şəhərinin sakinləri də aksiyaya qoşulublar. “Kombinatda yaranan vəziyyət şəhər əhalisinə öz mənfi təsirini göstərir. Şəhərdə ciddi sosial problemlər yaranıb. Oğruluq baş alıb gedir. Bu gün Alaverdidə vəziyyət həddən artıq dəhşətlidir”, - A. Kirakosyan bildirib.
Aksiya davam edir.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










