Ermənilərdən ibarət qruplaşmanın cinayətkar əməlləri aşkarlanıb - FOTO

Nyu-Yorkun erməni millətindən olan vətəndaşı Stella Boyadjan viza dələduzluğu, əcnəbiləri cinayət əməllərinə cəlb etməsini, şəxsi məlumatların oğurluğunu etiraf edib.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə ABŞ-ın Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, üç erməniyə qarşı fırıldaqçı viza sxeminə dair ittihamlar irəli sürülüb. Ermənistan vətəndaşları bu sxemlə - ABŞ-da yaşayan həmvətənlərinin köməyi ilə, xalq ansambllarının üzvləri kimi, qanunsuz olaraq gəliblər.
Nazirliyin mətbuat xidmətinin açıqlamasına əsasən Nyu Yorkdan olan 48 yaşlı Stella Boyadjan, 31 yaşlı Qraçya Atoyan, (Qlendeyl, Kaliforniya) və 42 yaşlı Diana Qriqoryan (Ermənistan Respublikası) viza dələduzluğu və dövlətin aldadılmasında ittiham edilirlər.
Boyadjan və Qriqoryan həmçinin pulların "yuyulması"nda ittiham edilir. Boyadjan eyni zamanda şəxsi məlumatların oğurluğunda təqsirləndirilir. Hər üç şəxs P-3 vizası dələduzluğu sxemi ilə məşğul olub.
Boyadjan fırıldaqçı sxemin həyata keçirilməsi üçün "Big Apple Music Awards Foundation" təşkilatının adından istifadə edib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı













