Ermənilərin qorxulu yuxusu: Şəhid Qabil Şirvanov haqqında FİLM

İnsan sonradan qəhrəman olmur, qəhrəman olaraq doğulur. Bu şəxslər üçün ümumi maraqlar hər zaman şəxsi mənafedən yüksəkdə olur. Odur ki, müqəddəs amal uğrunda canlarını fəda etməkdən belə çəkinmirlər. Öz igidliyi, düşmənə qarşı amansızlığı, dostlarına münasibətdə fədakar olan Qabil Şirvanov haqqında danışacağıq bu gün.
1969-cu il iyul ayının 17-də Biləsuvar rayonun Nəsimi kəndində Niftixan ata və Firuzə ananın daha bir oğlu dünyaya gəldi. Amma bu oğul uşaqlıqdan digər övladlardan seçildi. Elə valideynlərin Vətən yolunda müqəddəs şəhid qurbanı da övladlarının şahı olan Qabil oldu…
Vətənin dar günündə bütün qeyrətli oğul və qızlarımız kimi Qabil də bu seçilmişlərin dəstəsinə qoşularaq Qarabağın müdafiəsinə qalxdı. Müxtəlif cəbhələrdə döyüşən Qabilin igidliyi düşənin qorxulu yuxusuna çevrilmişdi. Hətta onun başına pul mükafatı da qoyulmuşdu.
Qabil bir neçə dəfə yaralansa da dərhal müalicə olunaraq yenidən cəbhəyə qayıdır. Qarabağ müharibəsinin ilk qığılcımımdan atəşkəs elan olunan qədər döyüşlərdə iştirak edən Qabil sonradan könüllü olaraq xidmətini davam etdirib. 1995-ci ilin may ayının 1-də növbəti kəşfiyyat zamanı 7 yoldaşının həyatını xilas edən Qabil minaya düşərək şəhadətə qovuşur.
Bu gün Qabil onların arasında olmasa da döyüş dostları hər zaman onu xatırlayır, haqqında fəxrlə danışırlar. (mubarizim.az)
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO










