“Ermənistan atəşkəs rejimini 81 dəfə pozub, ekskavator atəşə tutulub” - FOTO

Qazax və Ağstafa rayonları ərazisindəki düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması halları davam etməkdədir. Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzindən Avtosfer.az-a bildirilib ki, yanvar ayının əvvəlindən indiyədək DSX Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən 81 dəfə atəşə tutulub.
Yanvarın 6-sı saat 15:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrindən Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinə doğru 7,62 mm çaplı SVD snayper silahından açılmış atəş nəticəsində güllə dövlət sərhəd xəttindən 450 metr məsafədə mühəndis işləri aparan, mülki şəxs tərəfindən idarə olunan ekskavatorun çalovuna dəyib və kabinasının sağ şüşəsini sındırıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO













