Ermənistan-Azərbaycan sərhədi nə vaxt açılacaq? - Vaxt bəlli oldu

Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov “Türkiyə-Ermənistan sərhədlərinin açılmasını Azərbaycan istəmir?” sualını cavablandırıb.
Avtosfer.az Modern.az-a istinadən xəbər verir ki, “Cumhuriyet” qəzetinə danışan səfir bildirib ki, Azərbaycan Türkiyə-Ermənistan normallaşma prosesində iştirak edir və “İki ölkə arasındakı sərhəd Ermənistanın 7 iyun seçkilərindən və Konstitusiya dəyişikliyindən sonra açılacaq” deyib.

Rəşad Məmmədov Azərbaycanın Türkiyə ilə Ermənistanın normallaşma prosesində koordinasiyalı siyasət apardığını vurğulayıb:
“Biz Türkiyə ilə uzlaşmış siyasət yürüdürük, Türkiyə Xarici İşlər Nazirliyi ilə daim əlaqədəyik. Ermənistan-Türkiyə normallaşması ilə Ermənistan-Azərbaycan normallaşması proseslərini paralel aparırıq. Bir-birimizlə razılaşırıq, addım-addım irəliləyirik”.
Səfir qeyd edib ki, əsas problemlərdən biri Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalmasıdır:
“Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası var. 7 iyundakı seçkidən sonra Konstitusiyanı dəyişəcəklər, referendum keçirəcəklər. Ərazi iddiası aradan qalxdıqdan sonra ABŞ-də paraflanan Azərbaycan-Ermənistan sülh sazişi imzalanacaq. Ondan sonra Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan sərhədləri açılacaq”.
Rəşad Məmmədov Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətin başlamasına münasibət bildirərkən də maraqlı açıqlamalar verib. O bildirib ki, normallaşma istiqamətində artıq kiçik addımlar atılır və Azərbaycan da bu prosesdə iştirak edir:
“Kiçik addımlar atırıq, Azərbaycan da atır. Azərbaycan da ticarətə başlayıb. Artıq Ermənistanın enerji təhlükəsizliyində müəyyən rol oynayırıq. Neft məhsulları və yanacaq təmin edirik. Onların buğda və digər məhsullarının Azərbaycan üzərindən Qazaxıstandan və Rusiyadan daşınmasına şərait yaradırıq. Və onlara deyirik ki, sülh olsa, sizin təhlükəsizliyiniz də daha yaxşı olacaq. Türkiyə də kiçik addımlar atır”.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan da ötən ilin noyabr ayında “Azərbaycan-Ermənistan sülh sazişi imzalanan kimi sərhəd qapılarını açacağıq” açıqlamasını vermişdi.
Türkiyə Ermənistanla sərhədləri 1993-cü ildə Ermənistanın Qarabağdakı işğal siyasətini genişləndirməsindən sonra bağlamışdı. 2020-ci ildə Azərbaycanın Qarabağ və ətraf əraziləri geri qaytarmasından sonra isə Ankara-İrəvan normallaşma prosesi yenidən gündəmə gəlib.
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












