Ermənistan mayın əvvəlində hava məkanını bağlayacaq

Ermənistan mayın 3-dən 5-dək hava məkanını yüngül və ultrayüngül tipli hava gəmiləri, eləcə də pilotsuz uçuş aparatları (PUA) üçün bağlayacaq.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsinin bəyanatında bildirilib.
Komitədən qeyd edilib ki, bu tədbir ölkədə bir sıra beynəlxalq tədbirlərin keçirilməsi ilə əlaqədardır.
"2026-cı il mayın 3-dən 5-dək Ermənistan Respublikasında irimiqyaslı tədbirlərin (Avropa Şurasının VIII sammiti, Ermənistan-Aİ sammiti, İrəvan dialoqu) keçirilməsini və qeyd olunan tədbirlərdə çoxsaylı xarici nümayəndə heyətlərinin iştirakını nəzərə alaraq bildiririk ki, bu müddət ərzində təhlükəsizliyə görə Ermənistan Respublikasının hava məkanında ümumi təyinatlı aviasiyanın, o cümlədən mülki PUA-ların uçuşları qadağandır", - bəyanatda vurğulanıb.
Qeyd edək ki, ümumi təyinatlı aviasiya uçuşları şəxsi ehtiyaclar, təlim, idman və ya özəl daşımalar üçün istifadə olunan kiçik təyyarələr, helikopterlər, planerlər və paraplanlarda həyata keçirilən qeyri-kommersiya uçuşlarıdır. Bu cür uçuşlarda yüngül və ultrayüngül tipli hava gəmilərindən (2–4 yerlik təyyarələr, helikopterlər və s.) istifadə olunur.
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO












